Interposta.Info

Azərbaycan avarçəkəni dünya ikincisi oldu

İdman
 10-10-2022, 20:00     341

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

Federasiyadan "İnterPosta"ya verilən məlumata görə, finalda 17 idmançı ilə mübarizə aparan avarçəkəni dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan Dimçenko fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Birinci yeri Fransa, 3-cü yeri isə İsveç təmsilçisi tutub.

Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26