Interposta.Info

Azərbaycan güləşçiləri Hərbçilərin Dünya Oyunlarında gümüş medal qazanıb

İdman
 24-10-2019, 16:29     10 557

Azərbaycanın yunan-Roma güləşçiləri Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında gümüş medal qazanıblar.

"Report"un məlumatına görə, onlar finalda müvafiq olaraq iranlı Peyman Poştama və macarıstanlı Viktor Lorintsə uduzublar.

***

Azərbaycanın iki yunan-Roma güləşçisi Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, həlledici görüşə Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) vəsiqə qazanıb.

Əliyev 1/8 finalda erməni Varujan Qriqoryana 5:0, 1/4 finalda ukraynalı Dmitri Pişkova 7:1, yarımfinalda 2017-ci ilin serbiyalı dünya çempionu Viktor Nemeşə 3:2 hesabı ilə qalib gəlib.

Hüseynov isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1, 1/4 finalda cənubi koreyalı Sanqyeok Parkı 5:1 hesablı qələbə, yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevi ilk hissədə “tuşe” ilə üstələyib.

Qeyd edək ki, Həsən Əliyev finalda iranlı Peyman Poştamla, Rafiq Hüseynov isə macarıstanlı Viktor Lorintslə qarşılaşacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26