Interposta.Info

İdmançımız Gürcüstanda ermənini məğlub edib növbəti mərhələyə yüksəldi

İdman
 19-09-2022, 19:43     287

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində "WTT YOUTH CONTENDER TBILISI” stolüsttü tennis turnirinə start verilib.

Stolüstü Tennis Federasiyasından "İnterPosta"ya verilən məlumata görə yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur.

Əvvəlcə oğlanların mübarizəsi başlanıb. Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.

17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb.

Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26