Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı - YENİLƏNİB FOTO

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.
"İnterPosta"nın məlumatına görə, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.
20:36
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
"İnterPosta"nın məlumatına görə, 63 kiloqramda yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.
Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26