Interposta.Info

Qurban Qurbanov qrupun ən təhlükəli komandasını açıqladı

 

İdman
 10-09-2022, 14:23     327

"Nant"ın matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil".

"İnterPosta" xəbər verir ki, bu sözləri ağdamlıların baş məşqçisi Qurban Qurbanov Almaniyada 1:2 hesabı ilə uduzduqları görüşdən sonra Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Ətraflı

"İlk turdan göründü ki, bütün komandalar iddialıdı. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdı", deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sentyabrın 15-də keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26