Interposta.Info

Bu gün 8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır

İdman
 2-09-2022, 11:04     277

Bu gün Bakıda Karate1 Premyer Liqa turniri start götürüb.

"İnterPosta"-nın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq. Kişilərin kumite yarışında 60 kq çəki dərəcəsində Sultan Hüseynovla Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kq-da Fərid Ağayev tatamiyə çıxacaq.

Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq.

Bu gün həmçinin, qadınlar fərdi kata mübarizəsi də başlayıb. Azərbaycan həmin növdə təmsil olunmur.

Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26