Interposta.Info

"Zirə"nin Müşahidə Şurasının sədrindən "Qarabağ"a təşəkkür

İdman
 24-08-2022, 14:37     328

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov şəxsi tviter hesabından "Qarabağ"a təşəkkür edib.

"İnterPosta"xəbər verir ki, Məmmədov paylaşımında bu sözlərə yer verib: "Son nəfəsinə qədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan "Qarabağ"a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!"

"Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada "Viktoriya” (Plzen) komandasının qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26