Interposta.Info

Azərbaycanın FIFA referisi Almaniyaya gedir

 

İdman
 25-07-2022, 19:41     287

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.

“Report” xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.

Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.

Qeyd edək ki, yay kursları iyulun 29-dək davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26