Interposta.Info

Rusiyalı futbolçular Azərbaycanda çıxış edə bilər

İdman
 29-03-2022, 09:30     95

Ölkə xaricində çıxış etmək istəyən rusiyalı futbolçular 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edə bilərlər.

"Report"un məlumatına görə, bu barədə rusiyalı futbol agenti Pavel Nesterov "sport24.ru" saytına açıqlama verib.

O bildirib ki, yayda mütləq Azərbaycanla bağlı variant olacaq: "Orada yaxşı bazar və bir neçə zəngin klub var. Onlar mütləq tortdan bir tikə dişləmək istəyəcəklər".

Nesterov Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Çin, Qazaxıstan və Ermənistan variantlarını da istisna etməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26