Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazandı
Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirinin birinci günü 3 idmançıyla yarışan cüdoçularımız mübarizələrinə yekun vurdular.
"İnterPosta" xəbər verir ki, -66 kq çəkidə yarışan cüdoçumuz Yaşar Nəcəfov əzmlə mübarizə apararaq finala yüksəlib və nəticədə gümüş medal qazandı.
-60 kq çəkidə yarışan Kəramət Hüseynov möhtəşəm performans göstərək bütün rəqiblərini geridə qoymasına baxmayaraq yarımfinal uğrunda görüşdə qazaxıstanlı rəqibindən xal hesabı fərqilə irəlidə olduğu halda qəfil zədələnərək həkimlərin məsləhətilə yarışdan kənarlaşmalı oldu.
-60 kq çəkidə yarışan Balabəy Ağayev isə təsəlliverici görüşdə rəqibinə məğlub olaraq yarışı dayandırdı.
Digər çəki dərəcəsində yarışan idmançılarımız isə növbəti iki gündə medallar uğrunda tatamiyə çıxacaqlar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26