Interposta.Info

Məşhur braziliyalı ulduzla bağlı beynəlxalq həbs qərarı çıxarılır

İdman
 16-02-2022, 15:21     298

Məşhur braziliyalı ulduzla bağlı beynəlxalq həbs qərarı çıxarılır

Milan Baş Prokurorluğu İtaliyada gənc qadına qarşı cinsi təcavüzə görə son məhkum olunmuş braziliyalı futbolçu Robinyonun beynəlxalq həbsinə icazə verilməsi üçün İtaliyanın Ədliyyə Nazirliyinə müraciət edib.

Qaynarinfo "NTV Spor"a istinaən xəbər verir ki, bu haqda İtaliyanın ANSA agentliyi məlumat yayıb. Xəbərə görə, Milan şəhərinin Baş Prokurorluğu bu ölkədə top qovduğu müddətdə gənc qadına təcavüz etmək ittihamı ilə 9 il həbs cəzasına məhkum edilmiş və Ali Məhkəmənin də təsdiqlədiyi Robinyonun həbsi üçün proseslərə başlayıb.

Prokurorluq ulduz futbolçunun ekstradisiya sorğusunun yaradılması və beynəlxalq həbs qərarı verilməsi üçün lazımi prosedurların tamamlanması iə bağlı sənədləri Ədliyyə Nazirliyinə göndərib.

2013-cü ildə Robinyo "Milan"da çıxış edərkən şəhərin gecə klubunda gənc qadının zorlanmasında iştirak etdiyinə görə 2017-ci ilin noyabrında haqqında 9 illik həbs cəzası qərarı çıxarılıb.

İkinci dərəcəli instansiya hesab olunan Milan Apellyasiya Məhkəməsi də bu hökmü 2020-ci ilin dekabrında, Kassasiya Məhkəməsi isə 2022-ci ilin yanvarında qüvvədə saxlayıb.

Karyerasına ölkəsinin "Santos” komandasında başlayan və bir müddət yüksək transfer haqqı ödəyən Robinyo "Real", "Mançester Siti”, "Milan”, "Quançjou Everqrand”, "Atletiko Mineiro”, "Sivasspor” və "Başakşehir”in formasını geyinib.

Əsl adı Robson de Souza olan 37 yaşlı futbolçu sonuncu dəfə Braziliya klubu "Santos"a qayıtsa da, Milanda baş verənlər üzündən heyətdən kənarlaşdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26