Interposta.Info

Azərbaycanın 2 hakimi ali beynəlxalq kateqoriyaya yüksəldi

İdman
 11-02-2022, 22:04     286

Azərbaycanın güləş üzrə daha 2 hakimi ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.

Federasiyadan "İnterPosta"-ya verilən məlumata görə, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.

UWW ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib Azərbaycan referilərinin sayı 3-ə çatıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.

Qeyd edək ki, olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə malik olan hakimlər idarə edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26