Interposta.Info

"Fənərbağça" Yoahim Lövlə anlaşdı

İdman
 13-01-2022, 09:45     46 412

Türkiyə "Fənərbağça"sının yeni baş məşqçisi bəlli olub.

Hit.a "Ajanspor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Yoahim Lövlə anlaşıb. Klub prezidenti Ali Koçla şəxsən görüşən almaniyalı mütəxəsis təklifi qəbul edib. "Sarı-lacivərdlilər" sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.

Qeyd edək ki, Yoahim Löv 1998 - 1999-cu illərdə də "Fənərbağça"nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26