Boksçumuz Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvü Mirşərif Kazımzadə 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, yarışda püşkatma mərasimi dekabrın 14-də olacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26