Interposta.Info

Karateçimiz dünya üçüncüsü oldu

İdman
 20-11-2021, 18:07     361

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında çıxış edən daha bir karateçimiz medal qazanıb.

İdmançımız Asiman Qurbanlı bürünc medal görüşünə çıxıb. +84 kq çəki dərəcəsində yarışan Asiman çilili Rodriqo Roxasla qarşılaşıb və rəqibinə 5:2 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra Qurbanlı dünya üçüncüsü olub.

Bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq. Zaretska italiyalı Silvia Semeraro ilə üz-üzə gələcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26