Dünya futbol qurumu AFFA-nı cərimələdi
FIFA-nın İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) cərimələyib.
"İnterPosta" xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.
2022-ci il dünya çempionatının seçmə oyunu zamanı Azərbaycan-Portuqaliya matçında təhlükəsizlik qaydalarının pozulması AFFA-nın cərimələnməsinə səbəb olub.
AFFA 5 000 İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən oyunun sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26