Interposta.Info

Dünya Kuboku Bakıya gətiriləcək

İdman
 22-01-2018, 20:49     10 558

"Coca-Cola” və AFFA FIFA Dünya çempionatının kubokunu Azərbaycana gətirəcək.

interposta.info xəbər verir ki, AFFA-dan Qaynarinfo-ya verilən məlumata görə, Coca-Cola şirkəti FİFA Dünya Çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə görsətmək üçün fevral ayının 9-da kuboku Bakıya gətirəcək.

FIFA Dünya Çempionatı kubokunun Azərbaycana səfəri "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

FIFA Dünya Çempionatının kubokunun turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 000 km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq

FIFA Dünya Kuboku 9 fevral 2018-ci il tarixində Heydər Əliyəv Beynəlxalq Aeroportuna gətiriləcək. Sonra mükafat "Gənclik Mall” ticarət mərkəzinə gətiriləcək ki, burada şəhərin sakinləri və qonaqları Dünya Çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər

FIFA Dünya Çempionatı Kubokunun Turunu şərh edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: "Dünya kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. "Coca-Cola” şirkəti və FİFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, "Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddur və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26