Interposta.Info

"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

İdman
 17-09-2021, 11:20     138 755

İngiltərə millisinin və "Çelsi"nin müdafiəçisi Ris Ceymsin ( Reece James) evi qarət olunub.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə srağagün gecə radələrində baş verib.

21 yaşlı futbolçu ÇL, AVRO-2020 və digər yarışlardan qazandığı medalların olduğu seyfin soyğunçular tərəfindən oğurladığını açıqlayıb.

Təhlükəsizlik kameralarında qarətçilərin seyfi oğurlayıb avtomobilə qoyduqları an qeydə alınıb.

"Bu medalları "Çelsi" və İngiltərənin heyətində qazanmışam. Medalların fiziki olaraq məndə olub-olmamasının elə də böyük əhəmiyyəti yoxdur. Onsuz da bu nailiyyəti mənim əlimdən ala bilməyəcəksiniz.", - deyə Ceyms "İnstagram" səhifəsində yazıb.

Kamera görüntüsü yerli polis orqanına təqdim olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26