Interposta.Info

Ronaldodan PSJ-yə: "ÇL-i qazanmaq üçün ulduzlar toplusu yetərli deyil"

İdman
 8-09-2021, 16:01     339

Ronaldodan PSJ-yə: "ÇL-i qazanmaq üçün ulduzlar toplusu yetərli deyil"

Bu yay Lionel Messi, Serxio Ramos kimi futbolçuları heyətinə qatan, komandadan gedəcəyi gündəmdə olan Kilyan Mbappeni mövsümün sonuna qədər saxlayan PSJ-ni Çempionlar Liqasının əsas favoriti kimi görənlər çoxdur.

Qaynarinfo "NTVSpor"a istinadən xəbər verir ki, dünya futbolunun əfsanələrindən sayılan və hazırda İspaniya klubu "Valyadolid"in prezidenti kimi fəaliyyət göstərən Ronaldo Nazario PSJ-nin Çempionlar Liqasını qazanıb qazanmayacağı haqda sualları cavablandırıb. O, tarixində heç vaxt sözügedən turnirin birincisi olmayan Fransa klubunun transferlərini uğurlu hesab etsə də, bunun asan başa gəlməyəcəyini vurğulayıb.

Veteran futbolçu DAZN-da özü haqqında lentə alınan "El Presidente" sənədli filmində açıqlama verərkən bunları söyləyib: "Real"da "Los Galacticos" adlandırılan ulduzlarla dolu bir dönəmdə oynadım. Amma Çempionlar Liqasını qazana bilmədim. Bunun üçün çox amillər bir arada olmalıdır. Sadəcə ulduzlar toplusundan ibarət komanda olmaq yetərli deyil".

Ronaldo 2002-2007-ci illərdə "Real"da forma geyinib. O, həmin dönəmdə cəmi bir dəfə La Liqa çempionluğunu yaşayıb. \qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26