Interposta.Info

Cüdoçumuzdan qızıl medal

İdman
 17-08-2021, 20:45     363

Latviyanın paytaxtı Riqada cüdo üzrə Avropa birinciliyi davam edir.

"İnterPosta" xəbər verir ki, oğlanların yarışında həlledici mərhələdə rusiyalı Danil Mustafinə qalib gələn cüdoçumuz Xəyal Həsənov (50 kq) qitə birinciliyində qızıl medal qazanıb.

Onunla eyni çəkidə mübarizə aparan təmsilçimiz Babarəhim Mirzəyev (50 kq) isə Türkiyə təmsilçisi Mehmet Şahın Ertemi məğlub edərək bürünc medala sahib olub.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26