Interposta.Info

"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək

İdman
 14-11-2020, 16:41     709

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə "Sivasspor"una qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.

"İnterPosta" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.

"Qarabağ" daha əvvəl "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət edib.

Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26