Interposta.Info

“Qarabağ” müraciət etdi: matçın məkanı dəyişdi

İdman
 21-09-2017, 16:03     9 829

“Qarabağ” futbol klubunun “Sumqayıt” klubuyla matçının yeri dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qarabağ” klubu yayıb. Məlumatda bildirilir ki, “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la matçın yerinin dəyişdirilməsini istəyib. Klub qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib.

“Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL matçın 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini qərara alıb.

Qeyd edək ki, VI turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında isə meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26