Interposta.Info

Rafael Ağayevə yeni vəzifə verildi

İdman
 26-08-2020, 17:06     392

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın baş məşqçisi təyin edilib.

Tağıyev bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəzləyib. O, həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub. Milli komandanın lideri Rafael Ağayev isə məşqçilər heyətinə cəlb edilib.

Qeyd edək ki, bir neçə ildir milli komandanın böyük məşqçisi olan Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir.

O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya Kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub./unikal.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26