Interposta.Info

Ronaldu komandasının məşqindən şəkil paylaşdı - FOTO

İdman
 26-05-2020, 09:43     726

Turin "Yuventus”unun portuqal hücumçusu Kriştianu Ronaldu komandanın yeni məşqinə çıxıb.

“Report” xəbər verir ki, futbolçu məşqlə bağlı fotonu və fikrini özünün “Instagram”dakı səhifəsində paylaşıb.

"Həmişə müsbət düşünün!" - hücumçu şəklə rəy olaraq yazıb.

Qeyd edək ki, Ronaldu koronavirus pandemiyasına görə dayandırılmış mövsümdə Turin komandasında 32 matç keçirib. Hücumçu oyunlarda 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

A Seriyası iyunun 13-ü və ya 20-də yenilənə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26