Interposta.Info

"Azərbaycanda 1 milyon 200 min avro qazana bilərdim"

İdman
 23-04-2020, 13:01     403

Nideland millisinin sabiq üzvü Endi van der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.

Qol.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib:

"Azərbaycan klublarının birindən mən iki illik müqavilə təklif olunmuşdu. Bunu qəbul edərək 1 milyon 200 min avro qazana bilərdim. Amma mən təklifi qəbul etmədim. Çünki karyeramı başa vurmağa qərar verdim. Hər zaman məşq etmək mümkün deyil. Bundan başqa, yediklərimə də diqqət etməli idim. Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. Amsterdamdakı evimdə parti təşkil edirdim. İçki, narkotik, qızlar və.s”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26