Interposta.Info

Çempionlar Liqası: "Liverpul" və PSJ səfərdə uduzdu (VİDEO)

İdman
 19-02-2020, 09:07     432

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

Turnirin son çempionu "Liverpul"u İspaniyada "Atletiko"nun qonağı olub. Matçın taleyini bir qol həll edib. 4-cü dəqiqədə Saul Niguezin vurduğu qol "Atletiko"ya doğma meydanda qələbə qazandırıb.

Günün digər matçında "Borussiya" (Dortmund) PSJ-ni qəbul edəcək. 69-cu dəqiqəyədək 0:0 hesablı ilə davam edən oyunda 9 dəqiqəyə 3 qol vurulub. Hesabı meydan sahiblərindən Erlinq Haaland açıb. 75-ci dəqiqədə Neymar bərabərliyi təmin etsə də, iki dəqiqə sonra Erlinq Haaland dubulunu rəsmiləşdirib. Bununla da yanvarda "Zaslburq"dan "Borussiya"ya transfer olunan 19 yaşlı futbolçu qol sayını 10-a çatdırıraq bombardilər yarışında Robert Levandovskiyə şərik olub.

Qeyd edək ki, mərhələnin iki oyunu sabah, dördü gələn həftə keçiriləcək.

Çempionlar Liqası
2019/20 mövsümü
1/8 final (ilk oyunlar)

18 fevral
Atletiko (İspaniya) - Liverpul (İngiltərə) 1:0
Qol: Saul Niguez, 4.
Atletiko: 13. Jan Oblak, 5. Tomas Partey, 6. Koke (k), 8. Saul Niguez, 9. Alvaro Morata (Vivtor Vitolo, 70), 10. Angel Korrea (Dieqo Kosta, 77), 11. Tomas Lemar (Markos Llorente, 46), 12. Renan Lodi, 15. Stefan Saviç, 18. Felipe, 24. Sime Vrsalko.
Baş məşqçi: Dieqo Simeone.
Liverpul: 3. Alisson Becker, 3. Fabinyo, 4. Vircil van Diyk, 5. Corcinio Viynaldum, 9. Roberto Firmino, 10. Sadio Mane (Divok Origi, 46), 11. Məhəmməd Salah (Aleks Okslade-Çamberlain, 72), 12. Co Qomes, 14. Cordan Henderson (k) (Ceyms Milner, 80), 26. Andrev Robertson.
Baş məşqçi: Yurgen Klopp.
Sarı vərəqələr: Angel Korrea, 45 - Sadio Mane, 40. Co Qomes, 59. Yurgen Klopp, 88 (baş məşqçi, meydandan kənarda).
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. "Vanda Metropolitano" stadionu.

Borussiya (Dortmund, Almaniya) - PSJ (Fransa) 2:1
Qollar: Erlinq Haaland, 69; 77 - Neymar, 75.
Borussiya: 1. Roman Bürki, 2. Dan-Aksel Zaqadu, 5. Aşraf Hakimi, 7. Cadon Sanço (Marsel Şkmelzer, 90), 13. Rafael Querreyro, 15. Mats Hummels, 17. Erlinq Haaland, 23. Torqan Hazard (Covanni Reyna, 68), 26. Lukaş Pişçek (k), 27. Emre Can, 28. Aksel Vitsel.
Baş məşqçi: Lusyen Favre.
PSJ: 2. Keylor Navas, 2. Tyaqo Silva (k), 3. Presnel Kimpembe, 5. Markuinyos, 6. Marko Verratti, 7. Kilian Mbappe, 10. Neymar, 11. Angel Di Maria (Pablo Sarabia, 77), 12. Tomas Meunyer, 20. Layvin Kurzava, 27. İdrissa Qeye.
Baş məşqçi: Tomas Tuçel.
Sarı vərəqələr: Aksel Vitsel, 44 - İdrissa Qeye, 54. Neymar, 60. Tomas Meunyer, 87. Marko Verratti, 89.
Baş hakim: Mateo Laos (İspaniya).
Dortmund. "Siqnal İduna Park”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26