Interposta.Info

Azərbaycan karateçiləri İrandakı beynəlxalq turniri 6 medalla başa vurub

İdman
 23-09-2019, 14:30     10 581

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərindəki beynəlxalq turniri 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Turnirin növbəti günlərində Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, 76 kq) qızıl, Tural Balcanlı (kata) isə bürünc medal qazanıb.

Böyüklərin yarışında isə Nuri Əliyev (60 kq), Samir Məmmədov (75 kq) və Əli Cəfərov (+84 kq) üçüncü yer uğrunda həlledici görüşdə qələbəni əldən verib.

Qeyd edək ki, daha öncə Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, 52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, 63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, 57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.

Sentyabrın 20-22-də keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"-də 12 ölkədən 412 karateçi iştirak edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26