Interposta.Info

BATE "Qarabağ"la oyun üçün Bakıya 20 futbolçu gətirir -

İdman
 6-08-2018, 12:43     10 512

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Belarusun BATE komandası Bakıya yola düşüb.

“Report” Borisov təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Baqa Ağdam təmsilçisi ilə görüş üçün 20 futbolçunu heyətə daxil edib. Bunlardan 3-ü qapıçı, 7-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 4-ü isə hücumçudur:

Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbitski

Müdafiəçilər: 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko

Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa

Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skavış, 24. Yasse Tuominen, 45. Vladislav Mukamedov

Bu gün saat 18:30 Tofiq Bəhramov adına Respublika stadionunda A.Baqanın mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

interposta.info

BATE "Qarabağ"la oyun üçün Bakıya 20 futbolçu gətirir -
BATE "Qarabağ"la oyun üçün Bakıya 20 futbolçu gətirir -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26