Interposta.Info

ÇL-in finalında 5 dəqiqəyə 2 qol

İdman
 27-05-2018, 00:09     10 507

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün final oyunu keçiriləcək.

Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gələcək.

Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən "Kral Klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan "qırmızılar”...

12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan "Real” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədisə, ÇL-in beşqat qalibi "Liverpul” möhtəşəm hücum "trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.

Rəqibindən fərqli, "Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. "Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.

Qeyd edək ki, hazırda Çempionlar Liqasının bombadirlər yarışına 15 qolla "Real"dan Kriştiano Ronaldo başçılıq edir. Növbəti 3 pilləni "Liverpul"un ulduzları tutur. Belə ki, misirli Məhəmməd Salah və braziliyalı Roberto Firmino 10, seneqallı Sadio Mane 9 qol vurub.

Çempionlar Liqası
2017/18 mövsümü
Final

26 may
22.45 Real (İspaniya) - Liverpul (İngiltərə) 1:1
Qollar: Kərim Benzema, 51 - Sadio Mane, 55.
Real: 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos, 5. Rafael Varane, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema, 10. Luka Modriç, 12. Marselo, 14. Karlos Kasemiro, 22. İsko.
Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 6. Naço Fernandes, 11. Qaret Beyl, 15. Teo Hernandes, 17. Lukas Vazkues, 20. Marko Asensio, 23. Mateo Kovaciç.
Baş məşqçi: Zinəddin Zidan.
Liverpul: 1. Loris Karius, 4. Virgil van Diyk, 5. Georginio Viynaldum, 6. Deyan Lovren, 7. Ceyms Milner, 9. Roberto Firmino, 11. Məhəmməd Salah, 14. Cordan Henderson, 19. Sadio Mane, 26. Andi Robertson, 66. Trent Aleksander-Arnold.
Ehtiyat oyunçular: 22. Simon Mignolet, 2. Nataniel Kline, 17. Raqnar Klavan, 18. Alberto Moreno, 20. Adam Lallana, 23. Əmrə Can, 29. Dominik Solanke.
Baş məşqçi: Yurgen Klopp.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya), Klement Turpin (Fransa).
Əlavə köməkçi hakimlər: Nenad Cokiç, Danilo Qruyiç (Serbiya).
Kiyev. Olimpiya stadionu./qaynarinfo

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26