Interposta.Info

Xama Billiat "Qarabağ"la razılaşmadı

İdman
 11-04-2018, 16:57     10 497

Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatın "Qarabağ"a keçidi alınmayıb.

Qol.az-ın məlumatına görə, bu barədə "Soccer Laduma" saytı xəbər yayıb.

Bildirilir ki, Ağdam klubu zimbabveli hücumçu üçün ilkin müqavilə təklif etsə də, danışıqlar uğursuzluqla nəticələnib.

Klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq Billiatın hazırda digər variantları nəzərdən keçirdiyi qeyd olunub.

Daha öncə CAR mətbuatı 27 yaşlı forvardın mövsümün sonunda azad agent statusu ilə “Qarabağ”a keçəcəyini yazmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26