Interposta.Info

Daha bir türk klubu

İdman
 12-01-2017, 19:21     627

Daha bir türk klubu

Daha bir türk klubu "Qarabağ"ın futbolçusu Reynaldo Silvaya elçi düşüb. interposta.info ajansspor.com-a istinadən xəbər verir ki, Super Liqada çıxış edən "Adanaspor" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir.

Baş məşqçi Levent Şahinin istəyi ilə hücumçu alacaq Adana klubu Reynaldonu transfer siyahısına salıb. Ötən həftə Reynaldonun "Gənclərbirliyi"nin maraq dairəsinə düşməsi barədə xəbər yayılmışdı.

Qeyd edək ki, "Adanaspor" 16 turdan sonra 10 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26