Interposta.Info

“Qarabağ” 300 min təklif edib” –

İdman
 1-07-2018, 20:53     10 454

İtaliyanın “Verona” klubunun qapıçısı Nikolya Andradeninin agenti Joao Santos onlarla “Qarabağ”ın danışıqlar apardığını təsdiqləyib.

Qol.az-ın “Tuttomercatoweb.com” saytına istinadən yaydığı xəbərə görə, o, Ağdam klubunun futbolçuya illik 300 min avro təklif etdiyini söyləyib.

“Bəli, mən danışıqlar aparıldığını təsdiqləyirəm. Amma indidən hər şeyin müsbət yekunlaşacağını deyə bilmərəm. “Verona” transfer üçün qapıçıya ödəniləcək pulun 50 faizini də özü istəyir. Amma “Qarabağ” bu pulu verməkdə maraqlı görünmür”.

Qeyd edək ki, braziliyalı Nikolya Andradeninin klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi var.

Əlavə edək ki, "Qarabağ"ın qapıçılar Vinçenzo Fiorillo ("Peskara") və azad agent olan Con Makloflinlə də maraqlandığı iddia olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26