Interposta.Info

Portuqaliya millimizi rusvay etdi -

İdman
 7-02-2018, 08:52     9 257

Futzal üzrə Avropa çempionatında növbəti 1/4 final mərhələsinə start verilib. Qaynarinfo xəbər verir ki, milli komandamız yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə qarşılaşıb.

İlk oyunda Fransaya qalib gəlib, ardınca İspaniyaya uduzan yığmamız bu dəfə biabırçı hesabla yenilib. İlk dəqiqədə hesabı açan futzalçılarımız sonradan 8 qol buraxaraq 1:8 hesab ilə yeniliblər.

Bununla da Joze Alesionun yetirmələri Avropa çempionatında mübarizəni dayandırıb.


AVRO-2018
1/4 final

Portuqaliya - Azərbaycan 8:1
Qollar: Pedro Kari, 2:05; 5.43. Pani Varela, 9:40. Rikardinyo, 10:31; 19:32; 25:31; 31:18. Bruno Koelyo, 24:09 - Everton Kardoso, 0:54.
Portuqaliya: 12. Andre Souza (q), 6. Pedro Kari, 7. Bruno Koelyo, 9. Joao Matos, 10. Rikardinyo (k).
Ehtiyat oyunçular: 1. Bebe (q), 14. Vitor Uqo (q), 2. Andre Koelyo, 3. Tunya, 4. Nilson Migel, 5. Fabio Sesilio, 8. Marsio Moreyra, 11. Pani Varela, 13. Tiaqo Brito.
Baş məşqçi: Xorxe Braz.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso.
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio da Silva.
Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çətin (Türkiyə), Saşa Tomiç (Xorvatiya).
Sloveniya. Lyublyana, "Stojica Arena”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26