Interposta.Info

Tolqanın insanlığına UEFA-dan reaksiya - FOTO

İdman
 9-12-2017, 07:29     10 408

“Beşiktaş”ın bir çox ilkə imza ataraq qrupdan 14 xalla lider olaraq çıxmasını təmin edən “Leypziq”lə qarşılaşmada qapıçı Tolqa Zənginin verdiyi insanlıq dərsi kameralara yaxalanıb.

Axar.az xəbər verir ki, bu barədə UEFA-nın Tvitter hesabında paylaşım edilib.

Məlumata görə, qarşılaşma öncəsində stadionda UEFA Çempionlar liqasının himni çalınarkən Tolqa Zəngin qarşısında dayanan uşağın üşüməsinə laqeyd qalmayaraq öz idman gödəkcəsini ona verib. Bununla kifayətlənməyən Tolqa yoldaşı Nəcib Uysala müraciət edərək üşüyən daha bir uşaq üçün gödəkcəsini verməsini xahiş edib. Qarşılaşmanın hakimlərindən birinin köməyi ilə soyuqdan üşüyən uşağa idman geyimi geyindirilib.

Qeyd edək ki, UEFA səhifəsinin paylaşımında Tolqa Zənginin adının qarşısında ürək işarəsi qoyularaq, etdiyi nümunəvi hərəkətə reaksiya verilib.

interposta.info
Tolqanın insanlığına UEFA-dan reaksiya - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26