Teymur Rəcəbov üçün İspaniyada son şans
Bu gün İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə Qran-Pri seriyasının yekun mərhələsi start götürür.
interposta.info Report-a istinadən xəbər verir ki, bu mərhələnin yekununda dünya şahmat tacına namizədlər turnirinin son iştirakçıları müəyyənləşəcək.
FIDE-nin Qran-Pri seriyası 2018-ci ilin martında Berlində başa çatacaq çempion tsiklinin seçmə mərhələlərindən biridir. Berlində 8 namizədin iştirakı ilə keçiriləcək turnirdə şahmat tacının Norveçdən olan sahibi Maqnus Karlsenin rəqibi müəyyənləşəcək.
Dörd mərhələnin yekunu üzrə Qran-Pridə ilk iki yer uğrunda dörd qrossmeyster – rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, həmçinin fransalı Maksim Vaşye-Laqrav iddia edir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26