Interposta.Info

“Neftçi” 200 milyon avroluq turnirə qatıla bilər

İdman
 27-10-2017, 17:01     9 371

Bolqarıstanda yeni futbol turniri təşkil oluna bilər.

interposta.info Apasport.az-a istinadən xəbər verir ki, Meqa Liqa adlı turnirin iki hissəyə bölünməsi nəzərdə tutulub.

Belə ki, turnir baş tutsa, Meqa Liqa-1 və Meqa Liqa-2 liqaları yaradılacaq. Yarışda iştirak etmək üçün artıq 42 potensial komanda müəyyənləşib. Maraqlıdır ki, Azərbaycana da 2 yer ayrılıb. Onlardan birinin “Neftçi” olacağı bildirilib. Digər klubun adı hələlik bəlli deyil.

Reqlamentə əsasən, Azərbaycan klubları Meqa Liqa-2 liqasından mübarizəyə qoşulacaqlar. Həmin liqada isə ilk 3 sıranı tutan komandalar Meqa Liqa-1-ə vəsiqə qazanacaqlar. Meqa Liqa-1-də 20, Meqa Liqa-2-də isə 22 klubun iştirakı nəzərdə tutulub.

Təşkilatçılar Azərbaycanla yanaşı, Rumıniya, Yunanıstan, İsrail, Serbiya, Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya, Kipr, Makedoniya, Albaniya, Gürcüstan, Ermənistan, Moldova, Kosovo və Monteneqro klublarının da turnirə qatılmasına çalışacaqlar. Əgər plan baş tutsa, o zaman “Neftçi” və adı bəlli olmayan Azərbaycanın digər klubu “Ararat”la eyni liqada mübarizə aparacaq.

2019-2020 mövsümündən etibarən keçirilməsi planlaşdırılan turnirin təşkili üçün FİFA və UEFA, eyni zamanda, yerli futbol federasiyaları ilə danışıqlara start verilib. Turnirin ölkə çempionatları ilə paralel keçirilməsi və böyük mükafat fondu ayrılması planlaşdırılır. Belə ki, təşkilatçılar yarışın yayım hüququndan 200 milyon avro gəlir götürmək niyyətindədirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26