Interposta.Info

“Lokomotiv”in futbolçusu Avropa Liqasında ən erkən het-trikə imza atıb -

İdman
 29-09-2017, 13:03     10 481

Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Manuel Fernandeş Avropa Liqasında ən erkən "het-trik"ə imza atıb.

“Report” xəbər verir ki, 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi qrup mərhələsinin II turu çərçivəsində Çexiyanın “Zlin” komandası ilə ev oyununun ilk 17 dəqiqəsində rəqib qapısına 3 dəfə yol tapıb.

O, qarşılaşmanın 2-ci, 6-ci və 17-ci dəqiqələrində fərqlənib. Görüş Moskva təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bunadək rekord Yunanıstan PAOK-nun hücumçusu Stefanos Atanasiadisə məxsus olub. O, 2014-cü il sentyabrın 17-də Belarus “Dinamo”su ilə görüşün (6:1) ilk 28 dəqiqəsində "het-trik" edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26