Interposta.Info

Mən deyəndə ki, “Qarabağ”... –

İdman
 28-09-2017, 07:26     10 519

Qarabağ güclü rəqibdir və onlar ikinci hissədəki oyunları ilə bizi müdafiəyə məcbur etdilər.

Axar.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçirilən qarşılaşmada təmsilçimiz “Qarabağ”a 1-2 hesabı ilə qalib gələn İtalyanın “Roma” klubunun baş məşqçisi Eusebio Di Françesco oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı jurnalistin sualı ilə başlayan müsahibəni təqdim edirik:

- Cənab Françesko, siz demək olar ki, bu gün istirahət etdiniz. Bu oyun haqqında ümumi düşüncələriniz nədir?

- Xeyr, heç də belə olmadı. "Qarabağ" güclü rəqibdir və onlar ikinci hissədəki oyunları ilə bizi müdafiəyə məcbur etdilər. Mən oyundan öncə bildirəndə ki, “Qarabağ” güclü klubdur, siz buna qeyri-ciddi yanaşırdınız. Lakin fikrimcə, “Qarabağ” bugünkü oyunu ilə nə dərəcə güclü olduğunu sübut etdi.

- Oyunun bəzi anlarında sanki komandanız oyundan qopurdu, sizcə, bunun səbəbi nə idi?

- Belə şeylər futbolda baş verir. Bəli, komandanın bəzi anlarda oyundan qopduğunu mən də hiss elədim, amma nəzərə almaq lazımdır ki, biz yeni formalaşan komandayıq və belə halların olması normaldı. Zaman keçdikcə, fikrimcə, bunlar hamısı qaydasına düşəcək.

- Sanki vurduğunuz iki qoldan sonra komandada arxayınlıq yarandı və üstünlük “Qarabağ” komandasına keçdi. Bu haqda fikriniz nədir?

- Xeyr, biz qətiyyən arxayınlaşmadıq, vurulan qollardan sonra da epizodlarımız oldu, lakin “Qarabağ” oyununu tam olaraq formalaşdırdı və bizim üçün çətinliklər yaratmağı bacardı.

- "Qarabağ" komandasının heyətində xüsusilə fərqləndiriləcək bir oyunçu varmı?

- Bütün oyunçular yaxşı oynadı, lakin əsasən, dəyərləndirə biləcəyim oyunçular 11 nömrəli Mədətov, 9 nömrəli Dino və 10 nömrəli Pedrodur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26