Interposta.Info

Qurban Qurbanov dünyaya dərs verdi –

İdman
 13-09-2017, 13:50     9 748

Türkiyənin “Yeni Şəfəq” qəzeti Qarabağın baş məşqçisi Qurban Qurbanovun “Çelsi” ilə oyundan sonrakı açıqlamasını dünyaya dərs kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, qəzet “Qardaş baş məşqçidən Qarabağ dərsi” başlıqlı xəbərində Qurban Qurbanovun oyundan sonra keçirilən mətbuat konfransında “Yəqin ki, Qarabağın tarixini eşitmisiniz. Təəssüf ki, torpağımız işğal altındadır və bu, bizi daha da gücləndirir”, - deməsini diqqətə çatdırıb.

“Qarabağ”ın güclü rəqibinə məğlub olduğunu yazan qəzet klubun hazırkı şərtlər altında Çempionlar Liqasının qrup mərhələsinə qalmasının tarixi uğur olduğunu yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26