Interposta.Info

Qurban Qurbanov «Çelsi»dən 6 qol buraxan qapıçını cəzalandırmayıb?

İdman
 15-09-2017, 12:00     8 984

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib.

"XeberBiz" futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.

***

Klubun mətbuat katibi Nurlan İbrahimov sport7.az-a açıqlamasında xəbəri təkzib edib:

"Xeyr, elə bir şey olmayıb, Şehiç cəzalandırılmayıb. Mən də bu haqda mətbuatdan oxumuşam. Çərşənbə günü İngiltərədən gəlmişik. Dünən də yüngül məşq olub. Şehiç də komanda ilə birlikdə məşlərə qatılıb".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26