Interposta.Info

İngilislər açıqladı: "Qarabağ" bu heyətlə oynayacaq

İdman
 12-09-2017, 07:30     10 032

Sabah "Qarabağ" klubu UEFA Çempionlar Liqasının ilk turunda Londonda "Çelsi" ilə qarşılaşacaq.

Axar.az xəbər verir ki, "Qarabağ"ın heyətində bir neçə zədəli futbolçuların olduğu bildirilirdi. Hətta baş məşqçi Qurban Qurbanov da müsahibəsində Ansi Aqollinin milli komandada zədə aldığını və yəqin ki, "Çelsi" ilə görüşü buraxacağını demişdi.

Lakin Aqollinin zədəsinin tam sağaldığı və ehtimal ki, onun "Çelsi" ilə oyun heyətinə salındığı bildirilir.

Qeyd edək ki, digər zədəli oyunçu Dani Kintananın müalicəsi davam edir. Uzun müddətə sıradan çıxan ispan futbolçu hələ bir müddət istirahət etməli olacaq.


İngiltərə mətbuatı oyundan bir gün əvvəl komandaların mümkün start heyətlərini açıqlayıb.

Fanat.az xəbər verir ki, Ansi Aqollinin zədəli olmasından xəbərsiz olan həmkarlarımız alban futbolçunun adını start heyətinə salıb. İngilis jurnalistlər hesab edir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu oyunda yeni transferlər - Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə, həmçinin kapitan Rəşad Sadıqova ilk dəqiqələrdən şans verməyəcək.

Çelsi: Uilli, Kaballero, Antonio Rudiger, Hari Kahill, Andreas Kristiansen, David Zappakosta, Danni Drinkvater, Nqolo Kante, Markos Alonso, Villian, Mişi Batşuayi, Eden Hazard.

Qarabağ: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Rejniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Qerye, Mişel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26