Interposta.Info

Vətəndaşların “Qarabağ” sevinci:

İdman
 24-08-2017, 18:57     9 034


Ötən gün Qarabağ Azərbaycanın futbol tarixində bir ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Klubumuz Danimarkanın "Kopenhagen" komandası ilə səfər matçında 2:1 hesabı ilə məğlub olub. Lakin iki oyunun nəticəsinə görə Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilib. Bu qələbə ölkə ərazisində, xüsusən də paytaxt Bakıda böyük sevinc və təntənə ilə qarşılanıb.

Musavat.com-un müxbiri “Qarabağ”ın qələbəsi ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini, sevinclərini videolentə alıb.

Respondentlər “Qarabağ” klubunun qələbəsinə inandıqlarını və rəqib qarşısında layiqli oyun göstərdiklərini bildiriblər.

“Qarabağın rəqibi hansı komanda olsun” sualına isə əksər iştirakçılar dünya nəhəngləri, İspaniyanın Barselona, Real Madrid, İngiltərənin Mançester Yunayted kimi klubların rəqib olmasını arzulayıblar: “Rəqib nə qədər güclü olsa da, “Qarabağ”ın gözəl oyun sərgiləyəcəyinə inanırıq. “Qarabağ”dan qat-qat güclü komandalar olub, lakin qalib gələ bilmişik. Biz bunu dəfələrlə sübut etmişik. Bu sevinci xalqımıza yaşatdığı üçün komandanın baş məşqçisi Qurban Qurbanova və onun klubuna təşəkkürümüzü bildiririk. Heç bir rəqibdən də çəkinmirik.

Bakıya “Real”ı, “Barselona”nı gözləyirik”.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində 32 klub iştirak edəcək. Bu gün saat 20:00-da qrup mərhələsinin püşkatması olacaq və rəqiblər müəyyənləşəcək.

Daha ətraflı təqdim edəcəyimiz videosorğudan izləyə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26