Güləşçilərimizin maaşı ödənildi

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinə son 14 ay ərzində maaşların verilmədiyi barədə xəbər vermişdik.
interposta.info dsport.az-a istinadən xəbər verir ki, güləşçilərin etiraz aksiyasından sonra Azərbaycan Güləş Federasiyasında yığma üzvləriylə görüş keçirilib. İdmançı və məşqçi heyətinin 2017-ci ildən hesablanan 7 aylıq məvacibi ödənilib. İdmançılara bundan sonra da lazımi şəraitin yaradılacağı barədə söz verilib.
Qeyd edək ki, ümumilikdə güləşçilər 14 ay ərzində məvacib almadıqlarını bildirmişdi. 2017-ci ilin bütün borclarını ödəyən AGF yaxın zamanlarda ötən ildən qalan məvacibləri də idmançılara verəcəyini bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26