Interposta.Info

"Qarabağ"ın rəqibi Albaniyada bəlli oldu

İdman
 20-07-2017, 07:32     583

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə bu gün yekun vurulub.

interposta.info
xəbər verir ki, Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlərin diqqəti Albaniyaya yönəlib. Bu ölkənin çempionu öz meydanında Moldova "Şerif"ini sınağa çəkib. Matç "Kukesi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu qələbə Albaniya klubuna bəs etməyib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26