Interposta.Info

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

İdman
 19-06-2017, 16:17     537

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün Çempionlar Liqasın birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində turnirə qoşulacaq.

Ağdam təmsilçisinin rəqibi Gürcüstanın "Samtredia" klubu olub. Qarabağ ilk oyununu evdə keçirəcək.

İkinci mərhələnin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26