Interposta.Info

Daha bir əfsanə futboldan getdi -

İdman
 3-02-2017, 09:15     627

Daha bir əfsanə futboldan getdi -
İngiltərə futbolunun əfsanəvi oyunçularından olan Frenk Lempard karyerasını başa vurub.

Axar.az xəbər verir ki, o, sosial şəbəkədə bu barədə məlumat yayıb.

Lempard “Qəlbimin ən böyük hissəsi mənə gözəl günlər yaşadan “Çelsi”yə aiddir. Mənə şans verdiklərini və birlikdə qazandığımız uğurları əsla unutmayacağam. 21 illik karyeramı başa vurmaq qərarına gəldim. Hər kəsə təşəkkür edirəm”, - yazaraq, karyerasını bitirdiyini bildirib.

Lempard İngiltərənin son illərdə dünya futboluna qazandırdığı ən böyük yarımmüdafiəçilərdən biri idi. O, 13 il şərəfini qoruduğu “Çelsi”də 626 oyuna 208 qol vurub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26