Interposta.Info

Vaqif Cavadov

İdman
 17-01-2017, 22:08     709

Vaqif Cavadov

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.

Golosarmeni.am saytında “Sumqayıt”dan ayrılan futbolçumuzun Rusiyanın “Anji” klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun “Anji”dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib.

Cavadov bir müddət əvvəl verdiyi açıqlamada “Anji”dən gələn təklifi rədd etdiyini demişdi. O bildirmişdi ki, Mahaçqala klubundan kifayət qədər ciddi təklif alıb. Ancaq komandanın baş məşqçisi erməni olduğu üçün təklifi dəyərləndirməkdən imtina edib. Qeyd edək ki, bu xəbər erməni saytında günün ən çox oxunan xəbərlərindən biri olub./fanat.az

interposta.info

Vaqif Cavadov

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26