Interposta.Info

Ziya Məmmədovun Vaqif Cavadov sindromu:

Ölkə
 6-11-2017, 13:10     9 533

Ziya Məmmədovun səlahiyyətləri əlindən alındıqca onun kadrları da bir-bir vuruldu. Qeyd edək ki, onlardan bəzilərinin Rusiya və Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğu deyilirdi. Məsələn , ermənilərlə əlaqəsinin olduğu deyilən Beyləqan rayon Daşburun Dəmiryol stansiyasının keçmiş rəisi Vaqif Cavadov haqda mediada vaxtilə sensasion məlumatlar getmişdi.Bununla bağlı mediada yer alan məlumatları xatırladaraq bildirək ki, V.Cavadovun ermənilərlə qohumluq münasibətinin olduğu və mütamadi olaraq onlara Gürcüstanda görüşdüyü haqda məlumatlar dərc olunub.

Maraqlıdır ki, stansiya rəisi bu ittihamlar qarşısında öz kreslosunu qoruya bilirdi. Yalnız 2013-cü ilin ortalarında o Beyləqan rayon Daşburun Dəmiryol stansiyasının rəisi vəzifəsindən azad edildi. Mediada yer alan başqa bir məlumata görə isə, V.Cavadov elə həmən il iyulun 25-də Gürcüstana gedib, orada ermənilərin toy mərasiminə qatılıb. Hətta bu xəbərdən sonra belə Vaqif Cavadova Şirvan şəhər Dəmiryolu stansiyasında yeni vəzifə verildi. Keçmiş stansiya rəisi haqda məlumatlar bununla da bitmir, məlumatlı mənbənin bildirdiyinə görə, Vaqif Cavadov bir neçə şəxsin yanında deyirmiş ki, Ziya Məmmədov məni “yaxşı” tanıdı deyə yenidən işə düzəltdi. Bu məqamda çox maraqlı suall meydana çıxır. Niyə ? Hər halda indi Vaqif Cavadov təqaüdə göndərilib. Ziya Məmmədov kimi onun da erası başa çatıb.Ziya Məmmədovun Vaqif Cavadov sindromu: Beyləqanda bir oliqarxın manifesti
Qeyd edək ki, Daşburun stansiyasının rəisi Qarabağ müharibəsində 724 saylı Beyləqan özünü müdafiə batalyonun komandir müavini olub. Həmin illər erməni qohumları ilə əlaqələr yaradan Vaqif Cavadov əsasən meyit alveri ilə məşğul olub. Yəni şəhidlərimizin ailələrindən pul alıb və ermənilərdən aldığı şəhid nəşlərini şəhidlərin doğmalarına satıb. Həmçinin bildirdirilir ki, Vaqif Cavadovun ikili vətəndaşlığı var. O həm Azərbaycan, həm də Rusiya pasportlarını daşıyır. Rusiya pasportuna əsasən Cavadov Rostovda qeydiyyatdadır. Lakin işin maraqlı tərəfi odur ki, Vaqif Cavadov Azərbaycanda iki şəxsiyyət vəsiqəsi daşıyır. Həmin şəxsiyyət vəsiqələrinddən birinə görə o, Beyləqanda, digər şəxsiyyət vəsiqəsinə görə isə Gədəbəydə qeydiyyatdadır. Hətta Gədəbəydə ona torpaq sahəsi belə ayrılıb.(cumhuriyyet.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26