Interposta.Info

Azәrbaycanlı futbolçu

İdman
 18-02-2017, 17:38     634

Azәrbaycanlı futbolçu

Azərbaycanlı Ayaz Quliyev “Spartak”dan ayrılıb. Fanat.Az xəbər verir ki, AFFA-nın milliyə cəlb etmək istədiyi futbolçu Moskva komandasının əsas heyətiylə hazırlıq keçsə də, təlim-məşq toplanışının ardından “Anji”ylə razılaşıb.

20 yaşlı Quliyevin Mahaçqala klubuna keçidi rəsmən açıqlanmasa da, informasiya tezliklə əksini tapacaq.

2014-cü ildən “Spartak”ın ikinci komandasında olan yarımmüdafiəçi bu mövsüm 17 matça çıxıb, qol vurmayıb, 5 sarı vərəqə alıb.

Qeyd edək ki, "Anji"yə erməni Aleksandr Qriqoryan baş məşqçilik edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26