Interposta.Info

Türkiyədə ağır yol qəzası - 3 azərbaycanlı diri-diri yandı

Ölkə
 23-05-2020, 19:49     630

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Of-Çaykara yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı – Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

İnsident nəticəsində avtomobildə olan 3 azərbaycanlı diri-diri yanıb, yanıq xəsarətləri alan sürücü isə dövlət xəstəxanasına çatdırılıb.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26